Universitetlərin hər birinin öz qəbul şərtləri var, yəni Atesttat , YÖS və SAT imtahanları ilə qəbul edirlər.
Bakalavr təhsili Türkiyədə 4 ildir. Dil səviyyəsi olmayanlar əlavə olaraq 1 il hazırlık kursu keçirlər.
Türkiyədə 172 Universitet mövcuddur. Bunlardan 105–i Dövlət, 61–i Özəl, 6-sı isə Kollecdir.
Türkiyədə qəbul üçün aşağıdakı imtahanlar nəticələrindən biri lazımdır.
SAT–demək olar bütün universitetlər qəbulu bu imtahan ilə təşkil edir . Belə ki prestijli Türkiyə Universitetlərinə qəbul olmaq üçün SAT imtahanını vermək lazımdır . Bu daha çox ingilis dilli proqramlara aiddir.
DİM(TQDK)–YÖS imtahanı keçirməyən Universitetlər DİM(TQDK) balı ilə qəbul edir. Normal bir Universitetdə oxumaq üçün DİM(TQDK) balı 350–500 bal arası. Türkiyənin Yüksək Universitetlərində oxumağ üçün isə 600–700 bal arası lazımdır(Boğaziçi Universiteti, OTDÜ və s göstərmək olar).
YÖS–Bu imtahan son 2 ildə artıq ümumi imtahan deyil, daha çox bəzi Universitetlərin öz nəznində keçirdiyi bir imtahandır. YÖS imtahaninda iştirak etmək istəyənlər bir başa Universitetlə əlaqə yaradıb, qeydiyyatdan keçərək Universitetin öz tərkibində yaxud seçilmiş mərkəzlərində birində imtahan verə bilər.
ATTESTAT–Türkiyədə Təhsil almanın ən asan yoluda bəs 11-ci sinifi bitirdiyini təsdiq edən ATESTTAT-dır. Türkiyədə 30-dan çox Dövlət Universiteti var ki, heç bir imtahan tələb etmədən sadəcə Atesttat təqdim etməklə qəbul olub oxuya bilərsiniz.
Türkiyədə qəbul üçün lazım olan sənədlər;
- ATESTTAT – Atesttat bütün hallarda lazım olur , lakin Azərbaycanda bəzi hallarda 11ci sinifi bitirən şagirdlərə Atesttat gec verilir. Belə olan halda Orta məktəbə müraciət edərək bitirməyiniz haqqıda arayış alıb təqdim edirsiniz.
- QİYMƏT CƏDVƏLİ–(Transkript) Bu sənədi siz məktəb direktoruna müraciət etməklə ala bilərsiniz, 11-ci sinifi hansı məktəbdə bitirmisinizsə ora müraciət edib ala bilərsiniz. Bu sənədə 9,10 və 11 ci siniflərin il sonu qiymət çıxarışı yazılır. Adətən bu sənədi 9-un qiymətlərin şəhadətnamədən 11-ci sinifin qiymətin attestatdan 10-cu sinifi isə arxivdən yazırlar. (QEYD: 11-ci sinifi tam bitirməyən tələbələr yalnız 9 və 10-cu sinifin qiymətləri ilə müraciət etməlidir.
- XARİCİ PASPORT – Xarici pasport xarici universtetlərə qəbul üçün əsas sənədlərdən sayılır. Əsasən də oğlan uşaqları xarici pasport olmadan universtetə qəbul olsa belə, qəbul haqqında arayışı götürmək üçün universtetə getməlidir. Buna görə də (Hərbi Xidmət Problemi) nə olkədən çıxa biləcək nədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ona möhlət hüququ verməyəcək. (Oğlan uşaqları mümkün qədər tez xarici pasport almalıdır, Əks halda ağ biletdə möhlət hüququ olmayan 18 yaşlı vətəndaşlara xarici pasport düşmür).
- FOTO ŞƏKİL–Şəkillər universtetin və ölkənin qaydalarına görə dəyişir, Türkiyədə təhsil üçün 8 ədəd 3×4 və 8 ədəd 4,5×6 ölçüdə fotoşəkil tələb olunur. Ukraynada təhsil üçün 8 ədəd 3×4 ölçüdə fotoşəkil tələb olunur.
- 18 YAŞI TAMAM OLMAYIBSA – Əgər xaricdə təhsil almaq istəyən şəxsin 18 yaşı tamam olmayıbsa o zaman notariusdan ona ölkədən çıxış üçün ata və ananın razılıq ərizəsinin alınması lazımdır. (Bu zaman ata və ana notariusa birgə yaxınlaşmalı və övladlarının tək başına ölkədən çıxmasına razılıq ərizəsi verməlidir).
Türkiyədə Dövlət Universitetlərinin illik təhsil haqqı İxtisasdan və Universitetdən asılı olaraq 250 – 2000 AZN arası dəyişir.
Özəl Universitetin illik təhsil haqqı isə İxtisasdan və Universitetdən asılı olaraq 3000–25.000 USD arası dəyişir.
Türkiyədə yaşam xərci hər şəhərdən aslı olaraq fərqli-fərqlidir. Türkiyədə bir tələbənin normal yaşam xərci 250 – 350 AZN arası dəyişir, amma böyük şəhərlərdə isə 400 – 600 AZN arası dəyişir(İstanbul, Ankara, İzmir, və s).
Bizimlə əlaqə : Tel WhatsApp LINE, İMO və Viber : +90 544 398 12 21
E-posta: edu@livaconsulting.com
Siz de fikrinizi belirtin